Kəmaləddin Heydərov öz ərizəsi ilə işdən çıxan rəisə yenidən vəzifə verdi

0

Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsininn 26 nömrəli yanğından mühafizə hissəsinə yeni rəis müavini təyin edilib.

 

Modern.az “Unikal”a istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

 

Əmrə əsasən, daxili xidmət mayoru Hüseyn Qasımov rəis müavini təyin olunub.

 

Qeyd edək ki, Hüseyn Qasımov 2 il əvvəl Fövqəladə Hallar Nazirliyinin Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəisi olub. O, öz ərizəsi ilə işdən ayrılmışdı.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More