Sağlığında yox, indi Aydınla fəxr edirəm

0

Mərhum meyxanaçı Aydın Xırdalanlının anası (Aydın Quliyev) Bikəxanım Quliyeva “Qonaqcanlı” verilişinə telefonla bağlanıb.

 

Modern.az xəbər verir ki, o, övladından danışıb.

 

 

B.Quliyeva aparıcı Aytəkin Mərdanovanın “Ana deyir ki, Aydın sağ olanda demirdim anasıyam, qürurlanmırdım. İndi fəxrlə deyirəm ki, Aydının anasıyam” sözlərinə belə cavab verib:

 

“Aydının sözlərini eşitməmişdim. İndi telefonda eşidirəm və fəxr edirəm. Aydın millətin ürəyində yaşayır, yaşayacaq da. Sözləri yaddaqalan, mənalıdır. İndi fəxr edirəm ki, Aydının anasıyam. Nə atası, nə mən istəyirdik ki, meyxana desin”.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More