Minalar həm insanlar, həm də heyvanlar üçün təhlükədir…

0

Minalar həm insanlar, həm də heyvanlar üçün təhlükə yaratmağa davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsindəki hesabında yazıb.

 

“Bu dəfə Kəlbəcər dağlarında Ermənistanın işğal dövründə quraşdırdığı piyada əleyhinə minanın qurbanı it olub. Xoşbəxtlikdən, Azərbaycan hərbi həkimlərinin operativ müdaxiləsi onun həyatını xilas edib”, – Hacıyev yazıb.

 

O vurğulayıb ki, 2020-ci ildən bəri Ermənistanın quraşdırdığı minaların qurbanı 400-dən çox Azərbaycan mülki şəxsi və hərbçisi olub. “Bundan əlavə, illər boyu torpağın altında qalan minalar torpaq eroziyasına səbəb olur və yerli bitki örtüyünü məhv edir”, – o əlavə edib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More