Bakı metrosu işdən çıxan məmurla bağlı məlumat yaydı

0

“Bakı Metropoliteni” QSC iki departament rəisinin işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

 

Modern.az-məlumatına görə, Qurumdan bildirilib ki, Bakı Metropoliteninin Maliyyə departamentinin rəisi Asəf İsgəndərli karyerasında yeni mərhələyə başlamaq məqsədilə fəaliyyətini öz ərizəsi əsasında dayandırıb. 

 

Təchizat departamentinin rəisi Tərlan Həsənli ilə bağlı yayılan məlumatlar isə həqiqəti əks etdirmir. O, hazırda vəzifəsinin icrasını davam etdirir.

 

Qeyd edək ki, müxtəlif dövlət və özəl qurumlarda çalışmış A. İsgəndərli və T.Həsənli bu ilin martında sözügedən vəzifələrə təyin olunublar. 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More