Qəzzada humanitar yük daşıyan maşın aşdı – 20 nəfər öldü

0

Qəzzada qaçqın düşərgəsi yaxınlığında humanitar yardım daşıyan yük maşınının qəzaya uğraması nəticəsində 20 nəfər həlak olub.

Modern.az bu barədə “Al Arabiya”ya istinadən xəbər verir.

Məlumata görə, humanitar yardım daşıyan yük maşını yerli sakinlərə yardım çatdırarkən aşıb. Nəticədə 20 nəfər həlak olub və onlarla insan yaralanıb.

Bildirilib ki, HƏMAS İsraili yük maşını sürücülərini humanitar yardımın çatdırılması üçün təhlükəsiz olmayan marşrutlar seçməyə məcbur etməkdə günahlandırıb.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More