Qatarların hərəkətində qısamüddətli gecikmələr olacaq

0

Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 7 avqust 2025-ci il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr olacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Modern.az-a verilən məlumata görə, qatarların hərəkət qrafikində 10-30 dəqiqə intervalında gecikmə ola bilər.

“ADY sərnişinlərdən yarana biləcək müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edir”, – məlumatda qeyd olunur.

Təmir işlərinin nə vaxta qədər davam edəcəyi sualına cavab olaraq bildirilib ki, bu barədə gün ərzində məlumat veriləcək.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More