Vüqar Tapdıqlı vəfat etdi

0

Tanınmış yazıçı, prodüser Vüqar Tapdıqlı bu gün 63 yaşında dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu haqda mərhumun oğlu Üzeyir Tapdıqlı sosial şəbəkədə paylaşım edib.

 

 

Vüqar Tapdıqlı 1962-ci ilin 10 iyulunda Gədəbəydə anadan olub. 1985-2009-cu illərdə Azərbaycan televiziyasında çalışıb, uzun müddət “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəri, Azərbaycan Dövlət Foto-Kino Sənədləri Arxivinin direktoru olub. 4 hekayələr kitabının müəllifidir.

 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More