İran hökuməti Zəngəzur dəhlizi ilə bağlı son qərarını AÇIQLAYACAQ

0

İran hökumətinin sözçüsü Fatma Mühacirani mətbuata açıqlama verib.

Modern.az-ın məlumatına görə, F.Mühacirani prezident Məsud Pezeşkianın bir neçə gün öncəki Ermənistana səfəri zamanı ölkənin milli maraqlarını qorumaq üçün Zəngəzur dəhlizi ilə bağlı bir sıra qərarların qəbul edildiyini və bu qərarların tezliklə açıqlanacağını bildirib.

“Prezidentin səfəri zamanı diqqət çəkən məsələlərdən biri Şimal-Cənub dəhlizi və Qafqazdan keçən nəqliyyat xətti idi. Bu marşrut üçün əvvəllər ciddi planlamalar aparılıb və bu səfər zamanı mövzu ilə bağlı ciddi müzakirələr oldu. Bu xəttin qorunması üçün lazımi qiymətləndirmələr aparılıb və milli maraqların qorunması üçün nəticə çıxarılıb”.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More