Bu marşrutda da Çin avtobusu istifadə ediləcək

0

Paytaxtın Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami bağı) küçəsi ilə əlaqələndirən 31 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Modern.az-a bildirilib ki, 2025-ci il Çin istehsalı olan “Yutong” markalı 4 müasir, komfortlu və iritutumlu avtobus avqustun 23-dən daşımalara cəlb edilib.

Yaxın aylarda xətdə olan digər avtobusların da yenilənməsi təmin ediləcək.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More