Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

0

Prezident İlham Əliyev “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” 12 avqust 2021-ci il tarixli fərmanında dəyişiklik edib. 

Modern.az xəbər verir ki, dəyişikliyə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Bərdədən Xankəndiyə köçürülür. 

Onun fəaliyyəti Xankəndi şəhərini və Ağdərə rayonunu da əhatə edəcək.

Nazirlər Kabineti və Dövlət Komitəsi fərmandan irəli gələn məsələləri həll etməlidir. 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More