Özgür Özəl barəsində istintaq başlandı
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl barəsində istintaq başlanılıb.
Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Ankara Baş Prokurorluğu Özgür Özəlin Bəyoğlu rayonunda keçirdiyi mitinq zamanı İstanbulun baş prokuroru Akın Gürleklə bağlı dediyi fikirlərə görə istintaq başlanılıb.
Partiya sədri “dövlət qulluqçusuna təhqir” və “hədə” maddələri ilə ittiham olunur.
Mənbə: Modern.az
Post Comment
Şərh yaza bilmək üçün giriş etməlisiniz.