Daha bir azərbaycanlı müğənni Rusiyaya buraxılmadı

0

Müğənni Şəbnəm Tovuzlu və aparıcı Çinarə Əliyevanın həyat yoldaşı Ruslan Rəsulun Rusiyaya girişinə icazə verilməyib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı müğənni İnstaqram hesabında paylaşıb.

Şəbnəm Tovuzlu hava limanından etdiyi paylaşımda artıq 6 saatdır aeroportda gözlədiklərini və ölkəyə daxil olmalarına icazə verilmədiyini bildirib.

Qeyd edək ki, ötən gün meyxanaçı Namiq Qaraçuxurlu da Rusiyada hava limanında saxlanılıb və ölkəyə buraxılmasında problemlər yaşanıb.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More