Putin Zelenski ilə görüşəcəyini təsdiqləməsə, deməli, Trampı aldadıb – Makron

0

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyinə söz verməsə, o, ABŞ prezidenti Donald Trampı aldadacaq.

Modern.az xəbər verir ki, Makron Makron bunu Almaniya kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında deyib.

“Əgər Ptun prezident Trampın təyin etdiyi son tarix olan bazar ertəsinə qədər qərarını açıqlaması, onda bu onun yenidən prezident Trampla oynadığı anlamına gələcək”.

Tramp Rusiya və Ukrayna liderlərinin görüşməməsinin “nəticələri” ilə hədələyib. Zelenski həmçinin Trampın cümə günü verdiyi açıqlamanı xatırladıb ki, o, Putinə Ukrayna lideri ilə ikitərəfli görüş barədə razılığa gəlmək üçün bir və ya iki həftə vaxt verəcək, ehtimal ki, Rusiyaya qarşı yeni addımlar atacaq.

“Bazar ertəsi iki həftə olacaq. Və hamıya xatırladırıq”, – Zelenski bildirib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More