Timor-Leste Prezidenti Azərbaycana gəldi – FOTO
Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos-Horta martın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Modern.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Mənbə: Modern.az
