Kərim Vəliyev serbiyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi 

Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç arasında telefon danışığı olub.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, danışıq Serbiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər ölkələr arasında hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə edib, regionda cərəyan edən proseslər və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.


Mənbə: Modern.az

Bir cavab yazın