Bakının lift problemi Milli Məclisdə müzakirə olunub

0

Bakı şəhərində, Azərbaycanda kooperativ evlər tikilib və bu evlərə quraşdırılan liftlərin istismar müddəti çoxdan keçib. Bu cür liftlərin sayı minlərlədir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı bildirib. 

“Bu binalarda yaşayan insanların həmin liftlərin dəyişdirilməsi üçün imkanları çatmadığından hesab edirəm ki, hökumət həmin məsələyə müdaxilə etməsə, həmin liftlərin dəyişdirilməsi çox çətin bir problemə çevriləcək. Eyni zamanda çox qısa bir vaxtda risklər yarana bilər”.

Əli Əhmədov Nazilər Kabinetindən problemin həll olunması üçün 10 illik dövlət proqramının hazırlanmasını da xahiş edib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More