Aktual Bu gün, 19:05 Bakıda ziyalılar və sahibkarların iştirakı ilə iftar süfrəsi
Quba İş Adamlarına Dəstək-QİAD Platformasının təşkilatçılığı ilə Bakıda ziyalılar və sahibkarların iştirakı ilə iftar süfrəsi ətrafında görüş keçirilib.
Modern.az xəbər verir ki, 100-ə yaxın iştirakçının qatıldığı görüşdə QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov, İdarə Heyətinin üzvləri və dəvətli qonaqlar iştirak ediblər.
Səmimi mühitdə keçən görüşdə qarşılıqlı fikir mübadiləsi aparıldı, bölgənin inkişafı, sahibkarlar arasında əməkdaşlıq imkanları və gələcək təşəbbüslər müzakirə olunub.
Qeyd olunub ki, bu kimi görüşlər birlik, həmrəylik və qarşılıqlı dəstək ruhunun daha da möhkəmlənməsinə töhfə verəcək.
Mənbə: Modern.az
