Aktual Bu gün, 11:28 Azərbaycanla Ermənistana təşəkkür etdi
Ermənistan və Azərbaycan İrandan Rusiya vətəndaşlarının təxliyəsində mühüm rol oynayıb.
Modern.az xəbər verir ki, bu barədə “TASS” agentliyinə Rusiyanın Xarici İşlər Nazirliyinin konsulluq departamentinin direktoru Aleksey Klimov məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın İsfahandakı baş konsulunun təqdim etdiyi məlumata əsasən, ümumilikdə 632 nəfər İrandan çıxarılıb. Təxliyə olunanlar arasında Belarus, Tacikistan, Qazaxıstan və Ukrayna vətəndaşları da var.
Bildirilib ki, təxliyə edilənlər sırasında Buşer AES-in əməkdaşları və onların ailə üzvləri də yer alıb. Onların arasında Ermənistan vətəndaşı olan 4 nəfər də olub.
Mənbə: Modern.az
