Bağçada azyaşlıya şiddət göstərilib

Sosial şəbəkələrdə Suraxanı rayonu Hövsan qəsəbəsində fəaliyyət göstərən 273 nömrəli körpələr-evi uşaq bağçasında azyaşlıya qarşı şiddət göstərildiyi iddia edilib.

Modern.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, 273 nömrəli körpələr-evi uşaq bağçasında uşağa təzyiq göstərilməsi iddiası ilə əlaqədar araşdırma aparılır: “Araşdırma nəticəsində iddia təsdiqini taparsa, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin olunacaq.

Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır”, – deyə idarədən bildirilib.


Mənbə: Modern.az

Bir cavab yazın