Aktual Bu gün, 14:38 İlham Əliyev, Ərdoğan və Paşinyan onu təbrik etdi
Xarici ölkə liderləri Gürcüstan Baş naziri İrakli Kobaxidzeni 26 May – Müstəqillik Günü münasibətilə təbrik ediblər.
Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev təbrikində Bakı ilə Tiflis arasındakı yüksək səviyyəli strateji tərəfdaşlığı önə çıxarıb. Dövlət başçısı münasibətlərin çoxəsrlik dostluq, qardaşlıq və mehriban qonşuluq ənənələrinə əsaslandığını qeyd edib. İlham Əliyev aprel ayında Gürcüstana etdiyi dövlət səfərini xatırladaraq, əldə olunmuş razılaşmaların ikitərəfli əlaqələrin genişlənməsinə və regionun iqtisadi potensialının güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da gürcü xalqına sülh və rifah arzulayaraq, Ankara və Tiflis arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinin vacibliyini vurğulayıb.
Ermənistan Baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidzeyə ünvanladığı məktubda Tbilisi və İrəvan arasındakı əlaqələrin artıq institusional strateji tərəfdaşlıq xarakteri aldığını bildirib. Paşinyan regional əməkdaşlığın inkişafına görə Gürcüstana təşəkkür edib.
Mənbə: Modern.az
