“Telegram”a böyük yeniləmə gəlib

0

“Telegram” mesencerinin 12.9 versiyası istifadəyə verilib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, yeniləmə genişləndirilmiş mətn redaktoru, icmalar (communities) sistemi və qrup çatlarının idarə olunması üçün yeni funksiyalar təqdim edir.

Yeni versiyanın əsas yeniliklərindən biri təkmilləşdirilmiş mətn redaktorudur. Artıq istifadəçilər başlıqlar, cədvəllər, nömrələnmiş və işarəli siyahılar, sitatlar, eləcə də kod bloklarından istifadə edərək məqalə formatında paylaşımlar hazırlaya biləcəklər. Bundan əlavə, foto və videoları mətnin istənilən hissəsinə yerləşdirmək mümkün olacaq.

Yenilənmiş redaktor 32 768 simvoladək mətnləri dəstəkləyir. Həmçinin mətnlərin yaradılması və redaktəsi üçün “Cocoon” süni intellekt alətləri inteqrasiya edilib. Hazırda bu funksiyalar yalnız “Telegram Premium” abunəçiləri üçün əlçatandır.

Yeniləmə ilə yanaşı, mesencerə bir neçə qrupu, kanalı və botu vahid tematik məkanda birləşdirməyə imkan verən icmalar funksiyası da əlavə olunub. Bu xüsusiyyət istifadəçilərə əlaqəli çatlar arasında daha rahat keçid etməyə şərait yaradır.

Bundan başqa, qrup çatlarında itən mesajlar funksiyası istifadəyə verilib. Bu funksiya müəyyən edilmiş vaxt tamam olduqdan sonra mesajların avtomatik silinməsinə imkan verir.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More