Ukraynada 700 mindən çox rus hərbçisi var – Putin açıqladı
Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarda iştirak edən hərbçilərinin sayı 700 mini ötüb.
Modern.az xəbər verir ki, bunu Vladimir Putin bildirib.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin hazırkı genişmiqyaslı mərhələsi 24 fevral 2022-ci ildə başlayıb.
Həmin gün Rusiya Prezidenti Vladimir Putin “xüsusi hərbi əməliyyat” elan edib və Rusiya qüvvələri Ukrayna ərazisinə bir neçə istiqamətdən daxil olaraq əməliyyatın qısa müddət çəkəcəyini bildirmişdi.
Hazırda isə Ukrayna-Rusiya müharibəsi 4 ildən çoxdur ki davam edir.
Mənbə: Modern.az
