Azərbaycanlı iş adamları Şimali Kiprlə ticarət əlaqələri qurur – AÇIQLAMA

Bu gözəl mədəniyyət dərnəyini yaradarkən əsas məqsədimiz belə təmasların daha da sıx olmasına töhfə vermək idi. Bunun üçün müxtəlif təşəbbüslər həyata keçirir və əlaqələrin genişlənməsi istiqamətində çalışırıq.

Modern.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Şimali Kipr Mədəniyyət Günü” çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı Şimali Kipr Tqrk Respublikasının Baş naziri Ünal Üstel deyib.

“Bu gün görürük ki, Şimali Kiprdə ticarətlə məşğul olan soydaşlarımız Bakıda bir araya gəlirlər. Eyni zamanda, Azərbaycandakı iş adamları da Şimali Kiprlə ticarət əlaqələri qurmağa başlayıblar. Hər kəs bu münasibətlərin daha da inkişaf etməsi üçün çalışır”.

Baş nazirin sözlərinə görə, bir tərəfdən iqtisadi əlaqələrin genişlənməsinə töhfə verir, digər tərəfdən isə turizm sahəsində əməkdaşlığın inkişafı istiqamətində səylər göstəriliri:

“Məqsədimiz həm Şimali Kiprdə yaşayan insanları Bakıya gətirərək Azərbaycanla yaxından tanış etmək, həm də Azərbaycandakı qardaşlarımızı çarter reysləri ilə Kiprə apararaq adanın gözəlliklərini onlara göstərməkdir. Bu istiqamətdə bütün imkanlarımızdan istifadə edirik.

Bu inkişaf bizi çox sevindirir. Münasibətlər hər keçən gün daha da güclənir. Azərbaycandan Şimali Kiprə təhsil almağa gedən tələbələrlə bağlı da müəyyən addımlar atılıb. Bu məsələ ilə əlaqədar Azərbaycanın Baş naziri ilə müzakirələr aparılıb”, – deyə o qeyd edib.  


Mənbə: Modern.az

Bir cavab yazın