Neft qiymətlərində eniş tendensiyası: Son məlumatlar açıqlandı

0

Qlobal bazarlarda neftin kəskin ucuzlaşması qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 10:55-ə olan göstəricilərə əsasən, “Brent” markalı neftin oktyabr ayına çatdırılma ilə füçerslərinin qiyməti 2.34 faiz azalaraq bir barel üçün 83.86 dollar təşkil edib.

Qeyd olunur ki, qiymətlər iyulun 17-dən etibarən ilk dəfə 84 dollar həddindən aşağı düşüb.

Eyni zamanda, ABŞ-nin WTI markalı xam neftinin sentyabr ayına çatdırılma ilə füçerslərinin qiyməti 2.28 faiz dəyər itirərək bir barel üçün 80.73 dollara enib.

Qlobal bazarda neftin ucuzlaşması müşahidə olunur.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:14-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 1.18 dollar (1.34%) azalaraq bir barel üçün 87.18 dollara satılıb. Əvvəlki sessiyada isə “Brent” 8.42 dollar (8.7%) ucuzlaşaraq bir barel üçün 88.36 dollar təşkil etmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) sentyabr ayına çatdırılma ilə WTI markalı xam neftin füçersləri 1.01 dollar (1.22%) azalaraq bir barel üçün 81.6 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neft 6.7 dollar (7.5%) ucuzlaşaraq bir barel üçün 82.61 dollara satılmışdı.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More