BDU-da yeni ixtisaslar açıldı – SİYAHI
2026/2027-ci tədris ilində Bakı Dövlət Universitetində (BDU) əmək bazarının tələblərinə uyğun olaraq magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq.
Modern.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən bildirilib.
Açılacaq ixtisaslar aşağıdakılardır:
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi – 7 yeni ixtisaslaşma
Beynəlxalq münasibətlər ixtisası üzrə
“Beynəlxalq təhlükəsizlik”
“Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri”
“Geosiyasət”
Dövlət və ictimai münasibətlər ixtisası üzrə
“Dövlət idarəetməsində strateji kommunikasiyalar”
Politologiya ixtisası üzrə
“Siyasi analitika və strateji araşdırmalar”
“Dövlət siyasəti və idarəçilik”
Menecment ixtisası üzrə
“Strateji menecment”
Sosial elmlər və psixologiya fakültəsi – 7 yeni ixtisaslaşma
Pedaqogika ixtisası üzrə
“Təlim və tədrisin təşkili”
Fəlsəfə ixtisası üzrə
“Elm fəlsəfəsi”
“Etikanın nəzəriyyəsi və tarixi”
“Türk xalqlarının fəlsəfi fikir tarixi”
Psixologiya ixtisası üzrə
“Tətbiqi psixologiya”
Sosial iş ixtisası üzrə
“Klinik sosial iş”
“Əhalinin müxtəlif qrupları ilə sosial iş”
Geologiya fakültəsi – 4 yeni ixtisaslaşma
Geologiya ixtisası üzrə
“Petrologiya”
“Geoekologiya”
Geologiya və geofizika mühəndisliyi ixtisası üzrə
“Neft-qaz hövzələrinin geologiyası”
“Neft-qaz-mədən geofizikası”
Fizika fakültəsi – 4 yeni ixtisaslaşma
Fizika ixtisası üzrə
“Mikroelektronika və nanoelektronika”
“Polimerlər fizikası”
“Fotonika və optika”
“Plazma fizikası və texnologiyası”
Jurnalistika fakültəsi – 3 yeni ixtisaslaşma
Jurnalistika ixtisası üzrə
“İqtisadi jurnalistika”
“Onlayn və multimedia jurnalistikası”
“İctimaiyyətlə əlaqələr”
Coğrafiya fakültəsi – 3 yeni ixtisaslaşma
Coğrafiya ixtisası üzrə
“Siyasi coğrafiya”
“Türk dünyasının coğrafiyası”
Hidrometeorologiya ixtisası üzrə
“İqlim dəyişmələrinə adaptasiya”
Ekologiya və torpaqşünaslıq fakültəsi – 3 yeni ixtisaslaşma
Ekologiya ixtisası üzrə
“Ekoloji ekspertiza”
“Ekoloji menecment”
Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisası üzrə
“Daşınmaz əmlakın kadastrı və reyestri”
Biologiya fakültəsi – 3 yeni ixtisaslaşma
Biologiya ixtisası üzrə
“Biotibbi materiallar”
“Bioinformatika”
“Sənaye mikrobiologiyası”
Kimya fakültəsi – 2 yeni ixtisaslaşma
Kimya ixtisası üzrə
“Qida kimyası”
“Dərman kimyası”
Tətbiqi riyaziyyat və kibernetika fakültəsi – 2 yeni ixtisaslaşma
Kompüter elmləri ixtisası üzrə
“Süni intellekt”
“Kriptologiya”
Mexanika-riyaziyyat fakültəsi – 2 yeni ixtisaslaşma
Mexanika ixtisası üzrə
“Kompozit materiallar mexanikası”
“Mexatronik modullar”
Hüquq fakültəsi – 1 yeni ixtisaslaşma
Hüquqşünaslıq ixtisası üzrə
“Ədalət mühakiməsi hüququ”
İnformasiya və sənəd menecmenti fakültəsi – 1 yeni ixtisaslaşma
Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə
“İnformasiya fəaliyyətində bibliometrik texnologiyalar”
Qeyd edək ki, yeni ixtisaslaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2024-cü il tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilən ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların yeni təsnifatına uyğun olaraq yaradılıb.
Mənbə: Modern.az
