Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

0

2026-cı ilin yanvar – iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 11 milyard 474.1 milyon manat vergi daxil olub.

Oxu.Az bu barədə Xidmətə istidən xəbər verir.

Qeyd olunub ki, bu da proqnoza nisbətən 848.1 milyon manat çoxdur.

Vurğulanır ki, 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 913.3 milyon manat və ya təxminən 8.6 faiz artıb.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8 milyard 488.8 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 251.8 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 898.4 milyon manat və ya 11.8 faiz artıb.

2026-cı ilin yanvar – iyul aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 37.3 milyon manat olub, proqnozdan əlavə 229.4 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2 milyard 687.2 milyon manatdan çox olub.

Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 143.5 milyon manat olub, proqnozdan əlavə 6.8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 110.2 milyon manata yaxın təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 606.8 milyon manata yaxın olub, proqnozdan əlavə 15.6 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 402.4 milyon manata yaxın təşkil edib.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More