“Azərenerji” proqram təminatının yenilənməsinə 2 milyon manat xərcləyəcək

0

“Azərenerji” ASC mövcud 1C proqram təminatının yenilənməsi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin yekun qiyməti 2 milyon 157 min manat təşkil edib.

Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində 1C:ERP müəssisənin idarə edilməsi sistemi, 1C:Müəssisə 8.3 server lisenziyası, 1C:Müəssisə 8 istifadəçi lisenziyaları və İTS PROF texniki dəstək paketinin alınması nəzərdə tutulur.

Bundan əlavə, server verilənlər bazasının quraşdırılması və sazlanması, eləcə də verilənlər bazasının qurulması və saxlanması xidmətlərinin göstərilməsi planlaşdırılır.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More