Azərbaycan rusiyalı turistlərin ən çox seçdiyi istiqamətlər SIRASINDA

0

2026-cı ilin payız ayları üçün Azərbaycandakı otellərə bronların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18% artıb.

Modern.az-ın məlumatına görə, bu barədə “OneTwoTrip”in (Rusiyada istifadə olunan onlayn səyahət və turizm platforması – red.) hesabatında qeyd edilib.

Azərbaycan rusiyalı turistlər arasında tələbatın ən çox artdığı xarici istiqamətlərin ilk beşliyinə daxil olub. Bu göstərici yalnız Yunanıstanda (+109%), Kiprdə (+100%), Serbiyada (+75%) və Türkiyədə (+60%) daha yüksəkdir.

Xidmətin məlumatına əsasən, turistlər getdikcə daha münasib qiymətə yaşayış və viza şərtləri daha sadə olan istiqamətlərə üstünlük verirlər.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More