Təhsil Bu gün, 18:07 UNEC-in yeni elmi jurnalının ilk nömrəsi nəşr olunub

UNEC-in təsis etdiyi “Journal of Belt and Road Studies (JBRS)” beynəlxalq elmi jurnalının ilk nömrəsi nəşr olunub.

Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumat görə, “Bir Kəmər, Bir Yol” təşəbbüsünə həsr olunan jurnal beynəlxalq standartlara uyğun olaraq ikiqat anonim rəy (double-blind peer review) sistemi əsasında nəşr edilir.

İlk nömrə üçün təqdim olunan 40 elmi məqalədən yalnız 7-si çoxmərhələli ekspertiza və rəy prosesini uğurla tamamlayaraq dərc olunmaq hüququ qazanıb.

JBRS açıq giriş (Open Access) prinsipi əsasında fəaliyyət göstərir, Open Journal Systems (OJS) platformasında nəşr olunur və müəllif hüquqlarının qorunmasını Creative Commons Attribution 4.0 (CC BY 4.0) lisenziyası ilə təmin edir.

Jurnal “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə bağlı iqtisadiyyat, biznes, logistika, beynəlxalq ticarət, maliyyə, idarəetmə və digər əlaqəli istiqamətlər üzrə aparılan elmi tədqiqatların beynəlxalq elmi ictimaiyyətə təqdim olunması və bu sahədə akademik əməkdaşlığın genişləndirilməsi məqsədilə nəşr olunur.

 


Mənbə: Modern.az

Bir cavab yazın