Bakı yollarında sıxlıq artır – 6 istiqamətdə hərəkət çətinləşib
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Bu barədə Modern.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
4. 8 Noyabr prospekti, Ramiz Quliyev küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
5. Heydər Əliyev prospekti, “Koroğlu” metrostansiyasının qarşısı, əsas yol, mərkəz istiqamətində;
6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
Mənbə: Modern.az