Polşa Azərbaycan və Ermənistan arasında tarixi bəyannaməni alqışladı

0

Polşa Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan liderləri arasında tarixi bəyannamənin imzalanmasını böyük məmnunluqla qarşılayıb.

 

Modern.az xəbər verir ki, müvafiq məlumat Polşa Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

 

Nazirlik bildirib ki, ABŞ-nin dəstəyi ilə əldə edilən razılaşma regionda suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında sabitliyin təmin edilməsinə və davamlı sülhün bərqərar olmasına yol açır.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More