Vaşinqton razılaşması dayanıqlı sülhə yol açır – Avropa İttifaqı

0

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ermənistan və Azərbaycan liderlərinin ABŞ paytaxtında sülh müqaviləsini paraflamasını tarixi hadisə adlandırıb.

 

Modern.az-ın məlumatına görə, o bildirib ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın atdığı bu addım bölgədə uzunmüddətli və davamlı sülhün təmin olunmasına mühüm töhfə verəcək.

 

Aİ Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə açıqlamasında razılaşdırılmış addımların vaxtında icrasının vacibliyini vurğulayıb və Avropa İttifaqının normallaşma prosesinə dəstəyinin davam edəcəyini bəyan edib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More