Dəniz Əsədovanın cəzası artırıldı

0

Həbsdə olan müğənni Dəniz Əsədovanın cəzası artırılıb.

Modern.az “report”a istinadən xəbər verir ki, bununla bağlı hökm Binəqədi rayon Məhkəməsində verilib.

Dəniz Əsədova daha bir nəfəri təhqir etməkdə və böhtan atmaqda təqsirli bilinib. Dəniz Əsədova barəsində digər hökmdə bu cəzasına birləşdirilib. Ümumilikdə Dəniz Əsədova əvvəlki hökmlərlə bu hökm birləşdirilməklə qəti olaraq 8 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, müğənni vəkil Asim Abbasovu təhqir və böhtan atdığı səbəbindən 7 ay azadlıqdan məhrum edilib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More