İrandan gətirilən 29 kq marixuana ifşa edildi – VİDEO

0

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, “Cənub Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı iki ədəd paletdəki yeşiklərdə üzəriləri kahı yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 73 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 29 kiloqram 100 qram olan narkotik vasitə – marixuana aşkar edilib.

 

 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More