ABŞ-də FETÖ-nün 42 yüksəkvəzifəli üzvü gizlənir

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) FETÖ terror təşkilatının yüksəkvəzifəli üzvlərinin olduğu ölkələri müəyyənləşdirdiyi bildirilir.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

Məlumata görə, MİT FETÖ-nün 119 ölkədə fəaliyyət göstərən 2 762 əsas üzvünün yerini müəyyən edib. Bundan sonra Türkiyə Ədliyyə Nazirliyi onların ekstradisiyası istiqamətində işləri sürətləndirib.

Bildirilir ki, terror təşkilatının ən çox yüksəkvəzifəli üzvü ABŞ-də yaşayır. Məlumata əsasən, bu ölkədə FETÖ-nün 42 rəhbər şəxsi gizlənir.

Siyahıda ABŞ-dən sonra Almaniya 12 nəfərlə ikinci, Böyük Britaniya 10 nəfərlə üçüncü, Belçika isə 8 nəfərlə dördüncü yerdə qərarlaşıb.
 


Mənbə: Modern.az

Bir cavab yazın