Bakı-Ağstafa qatarına əlavə reysləri təyin olundu

0

Sentyabrın 29-dan başlayaraq artan sərnişin tələbatını qarşılamaq üçün Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.

Modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, qatar həftəiçi günlər hər iki istiqamətdə hərəkət edəcək.

“Bundan əlavə, Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün səfər edə bilərsiniz”, – deyə məlumatda qeyd olunub.

Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və yaxud “ADY Mobile” tətbiqindən əldə etmək olar.

 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More