Özəl bağçalar üçün qrant müsabiqəsi elan olundu

0

2025/2026-cı tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə qrant müsabiqəsi elan olunub.

Bu barədə Modern.az-a MÜTDA-dan məlumat verilib.

Müsabiqə çərçivəsində məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, özəl məktəbəqədər təhsil müəssisələrində maksimum 5300 təhsilalanın maliyyələşdirilməsi mümkündür.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More