Sumqayıtda partlayıcı maddələr aşkar edildi

0

Sumqayıt şəhəri, Qurd dərəsi bağları ərazisində 130 mm-lik artilleriya mərmisinə məxsus partlayıcı maddələr aşkarlanıb.

Modern.az xəbər verir ki, aşkar olunan materiallar arasında 3 ədəd “VM 45” və 38 ədəd “VM 30” markalı partlayıcı nümunələr qeydə alınıb.

Məlumat daxil olan kimi yerində təhlükəsizlik tədbirləri görülüb və tapılan partlayıcı maddələr aidiyyəti üzrə müvafiq xidmətlərə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More