Azərbaycan-Çin strateji əməkdaşlığı müzakirə olundu

0

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çin hökumətinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi və Çinin Azərbaycandakı keçmiş səfiri Vu Hunqbo ilə görüşüb.

Modern.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, görüşdə Azərbaycan-Çin hərtərəfli strateji əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb və regionda baş verən əsas məsələləri müzakirə edilib.

“Bu, ikitərəfli münasibətlərimizin dərinliyini əks etdirən dəyərli dialoq oldu”, – H.Hacıyev bildirib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More