İsraildən Azərbaycana gələnlərin sayı artıb – İrandan isə azalma var

Bu ilin yanvar-fevral aylarında Azərbaycana İrandan 30 506 nəfər, İsraildən isə 8 863 turist gəlib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, İrandan gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% azdır. Belə ki, ötən ilin yanvar-fevral aylarında bu göstərici 31 421 nəfər təşkil edib.

İsrailli turistlərin sayında isə kəskin artım müşahidə olunur. Belə ki, ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Ötən ilin yanvar-fevral aylarında bu göstərici 4 147 nəfər olub.


Mənbə: Modern.az

Bir cavab yazın