Neft bazarında İranla müharibənin təsiri üzünmüddətli olacaq

Körfəz müharibəsindən sonra neft hasilatının bərpası mərhələli olacaq

Modern.az “Bloomberg”ə istinadən xəbər verir ki, körfəz bölgəsində müharibə başa çatdıqdan təxminən iki həftə sonra neft hasilatının qismən bərpası mümkün olacaq.

Məlumata görə, Beynəlxalq Enerji Agentliyi hesab edir ki, Hörmüz boğazı vasitəsilə tranzit bərpa edildikdən sonra iri ərəb neft istehsalçıları bağlanmış yataqların yarısında müharibədən əvvəlki hasilat səviyyəsinə qayıda biləcək.

Bildirilib ki, növbəti bir ay ərzində ümumi hasilatın təxminən 80 faizə çatacağı gözlənilir. Lakin bu proses işçi qüvvəsinin səfərbər olunması və təchizat zəncirlərinin normallaşmasından asılı olacaq.

Bildirilir ki, qalan 20 faizlik hissənin bərpası daha mürəkkəb olacaq və daha uzun zaman tələb edə bilər.


Mənbə: Modern.az

Bir cavab yazın