Həsrət bitdi: 332 nəfər Ağdama köçürüldü

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Aprelin 21-də yola salınan növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

Modern.az xəbər verir ki, bu gün 92 ailə olmaqla, 332 nəfər keçmiş məcburi köçkün Ağdam şəhərinə – doğma yurda qovuşub.

Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.


Mənbə: Modern.az

Bir cavab yazın