Müəllimlərin İşə Qəbulu imtahanı bu tarixlərdə keçiriləcək
Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının iyulun 1-8-də keçirilməsi planlaşdırılır.
Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov brifinqdə deyib.
O bildirib ki, müsabiqədə sosial həssas kateqoriyalara aid şəxslər və bir sıra iştirakçılar üçün ödəniş tələbi tətbiq edilmir.
Mənbə: Modern.az
