Şagirdlərimiz Beynəlxalq İbn Sina Olimpiadasında 8 medal qazandılar – ADLAR
Azərbaycan məktəbliləri İbn Sina (Avicenna) adına 2-ci Beynəlxalq Biologiya Olimpiadasında uğurla iştirak edərək yüksək nəticə əldə ediblər.
Modern.az xəbər verir ki, olimpiadada ölkəmizi təmsil edən komanda 3 gümüş və 5 bürünc medal qazanıb.
Gümüş medal qazanan şagirdlər:
Hüseyn Tağızadə — Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi
Oğuz Əlili — Masazır kənd 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi
Yalçın Oruclu — Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi
Bürünc medal qazanan şagirdlər:
Fidan Camallı — Bakı şəhər 287 nömrəli “Zəkalar” liseyinin 10-cu sinif şagirdi
Tuncay Səfərəliyev — Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi
İsa Aslanlı — Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi
İlham Əliyev — Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi
Zivər Həsənova — Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi


Mənbə: Modern.az
