Məşhur müğənni Samsung-dan 15 milyon dollar istəyir

Dünyaca məşhur amerikalı müğənni Dua Lipa Cənubi Koreyanın Samsung şirkətini məhkəməyə verib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, sənətçi Crystal UHD televizorlarının qablaşdırmalarında şəklinin qanunsuz istifadəsinə görə şirkətdən ən azı 15 milyon dollar təzminat tələb edir.

Məlumata görə, iddia Kaliforniya federal məhkəməsində qaldırılıb.

Məhkəmə sənədlərində bildirilir ki, söhbət müğənninin 2024-cü ildə keçirilən Austin City Limits festivalı zamanı səhnə arxasında çəkilmiş fotosundan gedir. Həmin şəkil ABŞ Müəllif Hüquqları İdarəsində rəsmi qeydiyyatdan keçirilib.

Dua Lipanın nümayəndələri iddia edirlər ki, “Samsung” müğənninin müəllif hüquqlarını, ticarət nişanını və görüntü hüquqlarını pozub.

İddiada qeyd olunur ki, şirkət sənətçinin populyarlığından məhsullarının reklamı üçün istifadə edib və ictimaiyyətdə Dua Lipanın brendlə əməkdaşlıq etdiyi və ya televizorları dəstəklədiyi barədə təəssürat formalaşdırmağa çalışıb.

Hələlik “Samsung” şirkəti məsələ ilə bağlı rəsmi açıqlama verməyib.


Mənbə: Modern.az

Bir cavab yazın