General-mayor rütbəsi verilən Ağasiyev kimdir?

Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib.

General-mayor rütbəsi verilən hərbçilərdən biri polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevdir.

Modern.az xəbər verir ki, Ruslan Ağasiyev 2016-cı ilin Aprel döyüşlərində hərbi hissə komandiri olub. Həmin vaxt o strateji yüksəkliyin tutulmasında və onun qorunub saxlanılmasında xüsusi xidmət göstərib. R.Ağasiyev erməni xüsusi təyinatlıları ilə döyüşdə cəsarət nümayiş etdirib.
2016-cı ilin Aprel döyüşlərindəki qəhrəmanlığına görə, R.Ağasiyev “Vətən uğrunda” medalı ilə ilə təltif olunub.

R.Ağasiyev 44 günlük Vətən müharibəsində 1-ci korpusun qərargah rəisi kimi iştirak edib. O, daha sonra “Qisas”, “Antiterror” əməliyyatlarında da korpusun qərargah rəisi kimi iştirak edib.


Mənbə: Modern.az

Bir cavab yazın