Rusiya Kiyevi raket atəşinə tutdu – 21 yaralı

0

Rusiya ordusu səhər saatlarına qədər paytaxt Kiyevi raket və dronlardan atəşə tutub.

Modern.az xəbər verir ki, hücumlar nəticəsində Kiyevdə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan başqa hücumların olduğu bölgələrdə yanğın və dağıntıların olduğu bildirilir.

Paytaxtın Şevçenkivski rayonunda bir nəfərin ölməsi ilə bağlı da məlumat var.

Kiyev Dövlət Hərbi Dairəsinin rəisi Timur Tkaçenko şəhər üzrə 40-dan çox obyektin zədələndiyini bildirib. Hücumların nəticələrinin aradan qaldırılması üçün işlər davam etdirilir.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More