Eldar Rəsulova vəzifə verildi
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov yeni vəzifəyə təyin olunub.
Modern.az xəbər verir ki, Eldar Rəsulov ölkənin dağ-mədən sənayesində fəaliyyət göstərən “AzerGold” QSC-də İctimaiyyətlə Əlaqələr, Marketinq və Korporativ Sosial Məsuliyyət şöbəsinin şöbə müdirinin müavini vəzifəsinə yeni təyinat alıb.
“Məmnuniyyətlə bildirirəm ki, peşəkar fəaliyyətimdə yeni bir mərhələyə qədəm qoyaraq ölkəmizin dağ-mədən sənayesində mühüm rol oynayan, qeyri-neft sektoru üzrə əsas ixracatçı dövlət şirkətləri sırasında ön sıralarda yer alan “AzerGold” QSC-də İctimaiyyətlə Əlaqələr, Marketinq və Korporativ Sosial Məsuliyyət şöbəsinin şöbə müdirinin müavini vəzifəsinə başlamışam”, – deyə o öz sosial şəbəkə hesabında yazıb.
Mənbə: Modern.az
