Azad olunmuş ərazilərdə “Son zəng” keçirilən məktəblər – SİYAHI

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 25 ümumi təhsil müəssisəsində bu il “Son zəng” tədbiri keçiriləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Modern.az-ın sorğusuna cavab olaraq  verilən məlumata görə, “Son zəng” tədbirləri Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi, Ağdərə rayonu Talış kənd tam orta məktəbi, Ağdərə rayonu Suqovuşan qəsəbə tam orta məktəbi, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Laçın şəhəri 2 nömrəli tam orta məktəb, Laçın rayonu Zabux kənd tam orta məktəbi, Şuşa şəhər 1 nömrəli tam orta məktəb, Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta məktəb, Laçın rayonu Sus kənd tam orta məktəbi, Xankəndi şəhəri 4 nömrəli tam orta məktəb, Xocalı şəhəri 1 nömrəli tam orta məktəbi, Xocalı rayonu Ballıca kənd tam orta məktəbi, Ağdam rayonu Xıdırlı kənd tam orta məktəbi, Ağdam rayonu Kəngərli kənd tam orta məktəbi, Ağdam rayonu Sarıcalı kənd tam orta məktəbində (Kəngərli kənd tam orta məktəbinin sinif komplekti), Ağdərə rayonu Həsənriz kənd tam orta məktəbi, Ağdərə rayonu Vəngli tam orta məktəbində (Həsənriz məktəbinin sinif komplekti), Cəbrayıl rayonu Horovlu kənd tam orta məktəbi, Təzəbinə kənd tam orta məktəbi, Xanyurdu tam orta məktəbi, Kəlbəcər şəhər 1 nömrəli tam orta məktəbi, Kərkicahan qəsəbə tam orta məktəbi, Ağdam şəhər 1 nömrəli tam orta məktəbi, Xocavənd rayonu Qırmızıbazar qəsəbə tam orta məktəbi və Xocavənd şəhəri 1 nömrəli tam orta məktəbində keçiriləcək.

Məlumat üçün bildirək ki, cari ildə işğaldan azad edilmiş ərazilərdə yerləşən ümumilikdə 25 ümumi təhsil müəssisəsində “Son zəng” tədbiri keçiriləcək ki, onlardan da 11-də bu tədbir ilk dəfə baş tutacaq. Beləliklə, 171 məzun məktəblə vidalaşacaq.

Qeyd edək ki, cari tədris ilində ölkə üzrə ümumilikdə 116 min 550 nəfər məzun olur. Onlardan 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri oğlan şagirdlərdir.


Mənbə: Modern.az

Bir cavab yazın