Şəhid anası xəstəxanada ziyarət edildi
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhid ailəsinə baş çəkib.
Modern.az xəbər verir ki, iyunun 19-da rayon rəhbəri Salyan Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şəhid anası Mehparə Nəcəfovanı ziyarət edib.
Görüş zamanı Rüstəm Xəlilov şəhid anasının səhhəti ilə maraqlanıb, ona tezliklə şəfa diləyib və şəhid ailələrinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
Ziyarət zamanı şəhid ailələrinə, müharibə əlillərinə və digər imtiyazlı kateqoriyadan olan vətəndaşlara göstərilən dövlət qayğısından bəhs olunub.
Qeyd edək ki, Mehparə Nəcəfova Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kapitan İlkin Nəcəfovun anasıdır.
Mənbə: Modern.az
